Türkiyədən daha çox adamlar gələcək

Vizanın ləğv edilməsi Azərbaycanın da xeyrinədir

Azərbaycanla Türkiyə arasında viza ləğv edilib. Prezident İlham Əliyevin sərəncamı ilə sentyabrın 1-dən Türkiyə vətəndaşları Azərbaycana vizasız səfər edə biləcəklər.

Ekspert Cümşüd Nuriyev “Sherg.az”a açıqlamasında Azərbaycanla Türkiyə arasında vizanın ləğv edilməsini doğru addım kimi dəyərləndirib:

“Türkiyə bu məsələni çoxdan həll edib. Amma Türkiyədə gedən proseslərdən dolayı Azərbaycan bu sahədə müəyyən qədər ehtiyat edirdi. Lakin sonda ölkəmiz düzgün qərar qəbul etdi. Çünki Türkiyə kifayət qədər yaxın, dost, qardaş ölkədir.

Qardaş ölkənin əhalisi bizdən səkkiz dəfə çox olmasına baxmayaraq Azərbaycan iki dövlət arasında viza sistemini ləğv etdi. Fikrimcə, bu qərarda Azərbaycana mənfi təsir göstərəcək heç bir amil yoxdur. Çünki Türkiyədən ölkəmizə gələnlər turist kimi səfər edir. Yəni qaçqın, köçkün statusu ilə gələn yoxdur.

Eyni zamanda Azərbaycanın Türkiyədə şirkətləri olduğu kimi, qardaş dövlətin də ölkəmizdə şirkətləri var. Buna görə də Türkiyədən Azərbaycana səfər edənlərin bir qismi işləmək üçün gəlir. Məsələyə ümumi yanaşdıqda onu deyə bilərəm ki, bu qərarın Azərbaycana heç bir mənfi təsiri olmayacaq. Əksinə, Azərbaycanın mövqeyi daha da möhkəmlənəcək. Çünki Türkiyə vətəndaşları 30 günə qədər Azərbaycana gəlib hər hansı bir viza qeydiyyatı olmadan ölkəmizdə qala biləcək.

Bütün bunlar da həm daxili turizmi gücləndirəcək, həm də sektorda dövriyyəni artıracaq. İstənilən halda bu qərarı müsbət qiymətləndirirəm”.



Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu