Neftin qiymətindəki qeyri-sabitlik nə ilə bağlıdır? – Detallı izah 

Azərbaycanın dünya bazarına çıxardığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,31 ABŞ dolları və yaxud 0,47 faiz artıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 65,78 dollar təşkil edib. Ötən günlərdə isə “qara qızıl”ın qiyməti davamlı olaraq enirdi.
 
Maraqlıdır, son zamanlar neftin qiymətindəki qeyri-sabitlik nə ilə bağlıdır?

Sualımızı cavablandıran iqtisadçı-ekspert Qadir İbrahimli “Sherg.az”a bildirib ki, hazırda neft bazarında qiymətlər iqtisadi faktorlarla tənzimlənmir:

“Neftin qiymətlərinə daha çox siyasi amillər təsir göstərir.

Dünyada siyasi proseslər qabardıqca “qara qızıl”ın qiyməti də artır. Xüsusən də, bu proseslər Yaxın və Orta Şərqdə baş verdikdə neftin qiymət dinamikası üfiqi istiqamətdə qalxır. Hazırda İran –ABŞ və körfəz ölkələri ilə Qərbin arasındakı münasibətlər bazara təsir edən əsas faktorlardır. Bu proseslər sabitləşdikdə neftin qiyməti enməyə başalayır.

Son zaman “qara qızıl” bazarına iqtisadi amillər də təsir etməyə başlayıb. ABŞ dünyaya ixrac etdiyi neftin həcmini artırıb. Bu artımda bazarda təklifi çoxaldır. Sonda da qiymət enir. Amma istənilən şəraitdə neftin qiyməti dünyada baş verən siyasi proseslər fonunda tənzimlənir.
Elə buna görə də neft bazarı ilə bağlı konkret proqnozlar vermək mümkün olmur”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu