Gözlər Şahzadədədir: Tarixi məhkəmə başlayır



Dünya, uşaqlarıyla Dubaydan qaçaraq İngiltərəyə yerləşən Şahzadə Haya ilə əri Dubay şeyxi Əl-Maktumun qarşı-qarşıya gələcəyi məhkəməni izləyir.

Dubay şeyxi Maktumun həyat yoldaşı şahzadə Haya 2 uşağı ilə birlikdə Londona qaçandan sonra onun qeyri-qanuni eşq yaşadığı üzə çıxmışdı.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Şahzadənin sevgilisinin kimliyi bir neçə həftə sirr olaraq qalsa da, artıq dəqiqləşib. İngiltərə mediası Hayanın  eşq yaşadığı şəxsin Şeyxin cangüdəni olan ingilis hərbçi Russel Flouvers olduğunu yazıb.


Artıq prosesin keçiriləcəyi Londondakı Yüksək Məhkəmədən ilk fotolar gəlməyə başlayıb. Məhkəmə qarşısında toplanan nümayişçilər, əllərində pankartlarla Dubay Əmrinə etiraz edir.



Şahzadə Haya , məhkəməyə vəkiliylə birlikdə gəlib. Məhkəmədə yüksək təhlükəsizlik tədbirləri diqqət çəkir. Məhkəmənin bir boşanma və ya təzminat iddiası deyil, uşaqların gələcəyiylə əlaqədar olduğu bildirilir.
Amerikanın "ABC News" televiziyasına görə, 4 milyard dolları aşan fərdi sərvətiylə dünyanın ən zəngin insanlarından biri olan 70 yaşlı Dubay şeyxi Maktumu Madonna və Guy Ritchienin vəkili Helen Ward təmsil edəcək. 45 yaşlı Şahzadə Hayanı isə Galler Şahzadəsi Charlesin vəkili Fiona Shackleton müdafiə edəcək.




Dubay şeyxi Maktum altıncı həyat yoldaşı olan Şahzadə Hayanın qaçmasından sonra qələmə aldığı  bir şeirdə, adını çəkmədiyi bir qadını 'ona və vətənə xəyanətdə' günahlandırmışdı. Şeyx Məhəmmədin Instagram profilindəki 'Sevdin və Öldün' adlı şeiri belə idi:"Sən xain, sən ən qiymətli güvənə xəyanət etdin və oynadığın oyun ortaya çıxdı.  Yalan danışdığın günlər bitdi.  Artıq mənim yanımda yerin yox. Kiminlə məşğulsansa onun yanına get.  Yaşamağın və ya ölməyin umurumda deyil."



Londonda 107 milyon dollarlıq bir evdə yaşadığı ifadə edilən Şahzadə Haya, həyatından narahatlıq keçirdiyini söyləyir. 2004-cü ildə evlənən cütlüyün iki uşağı var. Şeyx Məhəmmədin fərqli həyat yoldaşlarından 23 uşağı olduğu ifadə edilir.

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu