“Kənd təsərrüfatının inkişafı üçün davamlı islahatlar aparılır” – EKSPERT 

Bir neçə ildir ki, Azərbaycanda kənd təsərrüfatının kompleks şəkildə inkişaf etdirilməsi üçün əsaslı islahatlar aparılır. Pambıqçılıq, baramaçılıq, üzümçülük, tütünçülük və s. sahələrin inkişafına dair ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanılıb. Bu tədbirlər ölkənin qeyri-neft sektorunun inkişaf etməsi, ixrac potensialının daha da yüksəlməsi, əhalinin məşğulluğunun artırılması, maddi durumunun yaxşılaşması və digər hədəflər üçün nəzərdə tutulub.

Ötən dövr ərzində sözügedən sahələr üzrə çox böyük işlər görülüb ki, bu gün onun müsbət nəticələrini fermerlər, təsərrüfatla məşğul olan şəxslər, kənd sakinləri görürlər.

İqtisadçı-ekspert Fuad İbrahimov da “Sherg.az”a açıqlamasında bildirdi ki, ölkəmizdə kənd təsərrüfatı günü-gündən inkişaf edir.

Onun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı ilə bağlı istənilən sahənin inkişafına nail olmaq olar:  

“Ölkə başçısı kənd təsərrüfatının inkişafı üçün davamlı islahatlar aparır. Qeyri-neft sektoru ilə bağlı düzgün mexanizmlər seçilsə, yüksək nailiyyətlərə nail olmaq olar. Təsadüfi deyil ki, müxtəlif sahədə çalışan fermerlər öz təsərrüfatlarını inkişaf etdirirək məhsullarını bazara çıxarırlar. Təbii ki, bütün bunlar ilk növbədə iqtisadiyyatımızın inkişafına təkan verəcək.

Nəinki iş yerləri artacaq, hətta Azərbaycanda aqro-biznes sisteminin formalaşmasına imkan yaranacaq. Kənd təsərrüfatının inkişafı ərzaq təhlükəsizliyi məsələlərinin həllinə də şərait yaradır. Aqrar sahədə məhsuldarlığın yüksəlməsi üçün biznes mühiti yaxşılaşdırılmalıdır.

Bu zaman kənd təsərrüfatında daimi və müsbət irəliləyişlər davam edəcək”. 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu