"Qarabağ" rəqibini darmadağın etdi - 3:0 


"Qarabağ" bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.
Qol.az-ın məlumatına görə, Ağdam klubu "Dalğa Arena"da İrlandiya çempionu "Dundalk"ı qəbul edib.
Dublindəki ilk oyunda 1:1 hesablı heç-heçəyə razılaşan Qurban Qurbanovun komandası ev qarşılaşmasında 3:0 hesablı qələbə qazanıb və  3-cü təsnifat mərhələsinə yüksəlib. 
"Qarabağ"  növbəti raundda Kiprin APOEL klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, "Dundalk" isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində Çexiyanın "Slovan" klubu ilə qarşılaşacaq.


Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi
Cavab oyunu
31 iyul
21:00. "Qarabağ" (Azərbaycan) - "Dundalk" (İrlandiya) - 3:0 Qollar: Xayme Romero, 12, Ailton Silva, 76, Xayme Romero, 87 Baş hakim: Sveyn Moenİlk oyun - 1:1Bakı, "Dalğa Arena" stadionu

Paylaş

Bizi Facebookda izləyin
menu
menu