Poroşenkodan etiraf - Merkellə razılaşmanın mətnini birgə işləyiblər


 Ukraynanın sabiq prezidenti Pyotr Poroşenko gözlənilməz etiraf edib. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, Poroşenko Ukraynanın şərqində münaqişənin nizamlanması üçün hazırlanan Minsk razılaşmalarını Almaniya Kansleri Angela Merkellə birgə yazdığını etiraf edib.
Sabiq prezident qeyd edib ki, o və Almaniya Kansleri Angela Merkel razılaşmanın mətnini birgə işləyiblər: "Mən şəxsən oturub Minsk razılaşmalarının mətnini yazmışam. Merkellə birgə".
O bildirib ki, prezident postunda olduğu vaxt etdikləri hər şey Ukraynanın uğur əldə etməsi üçün olub.
Qeyd edək ki, daha əvvəl Ukraynanın yeni prezidenti Vladimir Zelenski Minsk razılaşmalarını tam olaraq həyata keçirməyə söz verib.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu