"Maşın şou"nun 18-ci sürəti gəlir


Xalq artisti Murad Dadaşovun məşhur "Maşın şou"su növbəti dəfə keçiriləcək.
Lent.az -ın məlumatına görə, yarışma bu dəfə oktyabr ayında baş tutacaq. Yenə də məşhur simalar avtomobil uğrunda mübarizə aparacaqlar.
Qeyd edək ki, "Maşın şou"nun 17-ci buraxılışından sonra M.Dadaşov şoudan getmək istədiyini bildirib.
O, açıqlamasında demişdi: "Sonuncu şou çox enerjimi aldı. Ən maraqlı sürətlərdən hesab edirəm. Bu qədər təəccübləndiyim olmamışdı. "Maşın şou"nun növbəti buraxılışına biz gərək vaxt ayıraq. Qoy həm tamaşaçı, həm də biz darıxaq. Bu dəfə yaz aylarında keçirilməsi olan şounu payıza salacağıq. İşrakçılar qismində maraqlı bir heyət yığmaq istəyirəm. Ona görə ki, 18-ci sürət gəlir, yarışmaçıların sayı da 18-dir".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu