“Qazanılan uğurlar Prezidentin həyata keçirdiyi islahatların məntiqi nəticəsidir”

Prezident İlham Əliyevin başçılığı ilə sosial-iqtisadi sahəni əhatə edən müşavirə keçirilib. Müşavirədə cənab prezident bildirib ki, ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb.

Azərbaycan Prezidenti qeyd edib ki, Dünya Bankının “Doing Business” proqramı çərçivəsində Azərbaycan 10 ən islahatçı ölkə kimi tanınır: “Biz 32 pillə irəliləmişik və hazırda 25-ci yerdəyik. Əlbəttə ki, bu, Azərbaycana investisiyaların cəlb edilməsi üçün müsbət rol oynayır və oynayacaq. Bütün aparıcı beynəlxalq maliyyə qurumları bu sahədəki fəaliyyətimizi yüksək qiymətləndirir.

O ki qaldı, infrastruktur layihələrinə, əlbəttə, bir çox layihələr icra edilib, o cümlədən sosial infrastrukturla bağlı və bu il də icra ediləcək. Onlarla məktəb tikiləcək, 10 şəhərdə mərkəzi xəstəxana yenidən tikiləcək, yaxud da ki, əsaslı təmir olunub istifadəyə veriləcək. Olimpiya kompleksləri - 3 Olimpiya Kompleksinin açılışı nəzərdə tutulur, biri artıq açılıb. Digər sosial infrastruktur layihələrinin icrası ilə bağlı konkret proqramlar, planlar var və bunlar bizim Dövlət İnvestisiya Proqramında öz əksini tapır”.

“İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Sherg.az”a açıqlamasında bildirdi ki, son illər ölkəmizdə ciddi iqtisadi nailiyyətlər əldə olunub:

“İqtisadiyyatımızın inkişafı və qazanılan uğurlar göz önünüdədir. Bu uğurlar ölkə başçısının həyata keçirdiyi islahatların məntiqi nəticəsidir. Aparılan siyasət düzgün reallaşdırılır ki, bunun da bəhrəsini görə bilirik. Ona görə də həm sosial-iqtisadi, həm də cəmiyyətdə baş verən irəliləyişlər iqtisadiyyatımızın dügzün qurulmasının göstəricisidir. Təbii ki, bundan sonra da reallaşdırılan layihələr və daha böyük iqtisadi imkanlar əldə olunacaq. Bu gün həyata keçirilən hər hansı bir islahat gələcəkdə əhalinin sosial rifah halının daha da yaxşılaşmasına xidmət edir. İqtisadi və sosial sektorda kifayət qədər nailiyyətlərimiz var. Düşünürəm ki, bundan sonra da daha böyük iqtisadi uğurlarımızdan danışa biləcəyik”.


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu