“Dolların möhkəmlənməsi və neftin ucuzlaşması manata təzyiq formalaşdırır” 


ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FED) 10 il ərzində ilk dəfə olaraq baza faiz dərəcəsini 25 bənd azaldaraq illik 2-2,25 faiz  səviyyəsinə endirib. FED-in son qərarına rəğmən dollar həm Avropa, həm də əsas aparıcı Asiya valyutalarına nisbətən möhkəmlənib. Bu barədə məlumat verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, əvvəla investorlar 50 bənd azlamanın olacağını gözləsələr də FED 25 bəndlə kifayətləndi. FED-in qərarı elan edən zaman yayılan açıqlama valyuta bazarına birbaşa təsir göstərdi. Belə ki, FED yeni azalmaların gündəmdə olmadığını bəyan edib. Bir sıra Mərkəz Bankların o cümlədən Avropa Mərkəzi Bankının yeni uçot stavkası azalamalarının olacağı ilə bağlı bəynatı da bazara təsir etməkdədir.

Maraqlıdır, FED-in bu qərarı Azərbaycan manatına necə təsir göstərəcək?
Sualımızı cavablandıran iqtisadçı- ekspert Rəşad Həsənov “Sherg.az”a bildirib ki, hazırda manatın məzənnəsinə birbaşa təsir edən amil neftin qiymətidir:

“Dünya bazarında FED-in qəbul etdiyi qərarın Azərbaycan manatına təsiri 0,2-0,3 faizdir. Manatın məzənnəsinə 90-95 faiz neftin qiymət dinamikası təsir göstərir. Yəni, FED-in qərarlarının manata təsiri çox azdır. Iki gündür, dünya bazarında neftin qiymətinin azalması hiss olunur. Bu qiymət azalması manata daha çox təsir edə bilər nəinki FED-in qərarı. Amma nəzərə almaq lazırmdır ki, ilin birinci yarısında valyuta ehtiyatları təxminən 4 milyard ABŞ dolları həcmində artıb. Yəni hazırda neftin ucuzlaşması da manatın məzənnəsinə ciddi təsir etmir. Lakin istənilən halda dünya bazarında ABŞ dollarının mövqeyinin müəyyən qədər möhkəmlənməsi, neftin qiymətinin azalması manata təzyiq formalaşdırır. Bu həm psixoloji, həm də ölkəyə daxil olan valyutalar həcmində öz təsirini göstərir. Amma dövlət rəsmiləri haqlı olaraq bu təsirləri daxili bazarda neytrallaşdırmağa çalışacaqlar. Mərkəzi Bank sədri açıqlamasında bildirib ki, manatın hazırkı məzənnəsini ilin sonuna kimi sabit saxlamağa imkanımız var. Yəni manatın məzənnəsi il ərzində sabit qalacaq”. 

Paylaş

Bizi Facebookda izləyin
Kənan Eynuroğlu Yazarın yazıları
menu
menu