Təmizlənmə əməliyyatı davam edəcək

 Soçi aeroportunda 100-ə yaxın erməninin işdən çıxarılması böyük ajiotaj yaradıb


Rusiyanın Soçi şəhərində, ələlxüsus beynəlxalq hava limanında çalışan bütün ermənilər vəzifələrindən uzaqlaşdırılıb. İlkin olaraq 100 erməni işdən çıxarılıb və prosesin davam etdiyi deyilir. İşdən çıxarılan ermənilər bunu milli ayrıseçkilik kimi qələmə verərək, “yuxarı”lardan yardım istəyiblər. Analitiklər ermənilərin ixtisarını maraqlı səbəblərlə izah edirlər. Məsələn, bir sıra şərhçilərin fikrincə, Soçi Rusiya üçün olduqca əhəmiyyətli şəhərə, daha doğrusu, üçüncü paytaxta çevrilib. Beynəlxalq əhəmiyyətli tədbirlərə, zirvə görüşlərinə ev sahibliyi edir. Belə olan halda, xüsusən strateji əhəmiyyətli hava limanında erməni faktorunun böyüməsi Moskvada anlaşılan narahatlığa səbəb olur. Çünki Rusiya erməni milliyyətli şəxslərin törətdiyi terror aktları ilə dəfələrlə qarşılaşıb. Digərləri isə vurğulayır ki, avqust ayında Rusiya, Azərbaycan və İran prezidentləri Soçidə növbəti görüş keçirəcəklər. Belə bir görüş ərəfəsində erməni millətindən olan insanların kütləvi şəkildə strateji ərazidən kənarlaşdırılması xüsusilə diqqətəlayiq haldır. Onların qənaətincə, şəhərin ermənilərdən təmizlənməsi 3 dövlətin prezidentlərinin görüşü ilə əlaqədardır. 
İrəli sürülən iddialarla bağlı “Şərq”ə açıqlama verən Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib ki, Soçi Beynəlxalq Aeroportunda rəhbərliyin “kadr siyasəti“ adı altında 100-ə yaxın ermənini işdən çıxarması böyük ajiotaj yaradıb. Onun sözlərinə görə, ermənilər uzun illərdir Rusiyanın ən mühüm kurort şəhərlərində təşkilatlanaraq çox mühüm vəzifələr əldə ediblər: “Ermənilər təkcə aeroportda deyil, ümumiyyətlə, şəhərin bütün strukturlarında öz adamlarını yerləşdirməyə nail olublar. Ancaq reallıq odur ki, etnik təəssübkeşlik və qohumbazlıq kriteriyaları ilə formalaşan istənilən qruplaşmanın sonunda iflasa uğrayacağı qaçılmazdır. Ermənilərin kütləvi şəkildə idarə və müəssisələrdə yerləşməsi yerli əhali və xüsusən ruslar arasında böyük narazılıqlar yaratmağa başlamışdı.
Bu təmizləmənin başlanması üçün səbəb isə Soçidə keçirilən 2018-ci il futbol üzrə dünya çempionatı zamanı aşağı səviyyəli təşkilatçılıq, erməni əsilli aeroport işçilərinin korrupsiya və rüşvət hallarına qurşanması oldu. Aeroport rəhbərliyi ermənilərin səs-küy salmasını əsassız adlandırıb və atdığı addımlardan geri çəkilməyəcəyini bəyan edib”.
Partiya funksioneri bildirib ki, artıq erməni həyasızlığı o həddə çatıb ki, yerli ruslar öz ölkələrində girova çevriliblər:
“Ruslar özlərinə sərbəst iş tapa bilmirlər. Ermənilər şəhərin bütün önəmli sahələrində aparıcı vəzifələri tutublar. “Kadr siyasətinin tətbiq olunmasından” öncə aeroportun rus işçiləri daxili iclaslar keçirərək erməni əsilli işçilərin sayının həddindən çoxalmasına və onların özbaşınalığına etirazlarını bildiriblər. Çox güman ki, bu hadisədən sonra digər kurort şəhərlərində də təmizləmə işləri aparılacaq”.


Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu