Pilot və MİQ-29-dan xəbər var: Kaska, aviabenzin və təyyarənin “quyruq”ları...

“Elə indicə axtarış yerində idik, dəniz dalğalıdır, hava da tutulub. Yağaış yağacağı ehtimal olunur. Buna rəğmən axtarışlar ciddi və intensiv şəkildə davam edir”. 

Bu barədə “Sherg.az”a ötənlərdə təlim zamanı qəzaya uğrayan MİQ-29 təyyarəsinin pilotu Rəşad Atakişiyevin qayınatası , sabiq dövlət müşaviri, tanınmış politoloq Qabil Hüseynli deyib. O qeyd edib ki, axtarışlar zamanı kaskası tapılıb:

“Amma həmin kaskann Rəşada məxsus olub -olmaması bilinmir. Çünki kaska qırıq-qırıqdır. Daha sonar dənizdən  aviabenzin aşkarlanıb. MİQ-29 da 2 tona yaxın aviabenzin olub. Dənizdən abiabenzin də tapılıb. Axtarışların ilk günündə isə təyyarənin “quyruq”ları

 tapılmışdı. Amma mütəxəssislər bildirirlər ki, həmin o elementləri dalğa hadisə yerindən neçə kilometrlərlə uzağa apara bilir. Yəni, həmin elementlərlə nəyisə dəqiq müəyyən etmək çətindir. Ona görə də axtarışlar intensiv şəkildə davam edir. Amma nəticə yoxdur”.

Q.Hüseynli onu da diqqətə çatdırıb ki,pilotun katapultu işə salması ilə bağlı radarlarda heç bir məlumat yoxdur: 

“Katapult işə düşsə idi, radarlar onu göstərərdi, amma belə bir fakt yoxdur. Üstəgəl, onun təyyardən atılması da mümkünsüzdür. Pilot oturacağa elə bağlanır ki, onun oradan çıxıb özünü dənizə atması qeyri-mümkündür. Bunu mütəxəssislər də söylədi. Ümidimizi heç üzmürük. Çox böyük ümidlə nəticələri gözləyirik. Amma deyim ki, ciddi işlər aparılır. Allahdan möcüzə gözləyirik”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu