Texas ştatında baş verən terror aktı nəticəsində ölənlərin sayı 20-yə çatıb



Avqustun 3-də yerli vaxtla saat 10 radələrində ABŞ-ın Texas ştatının El Paso şəhərindəki Sielo Vista ticarət mərkəzində baş verən silahlı insident nəticəsində ölənlərin sayı 20-yə çatıb.

AZƏRTAC CNN-ə istinadla xəbər verir ki, bu barədə Texas ştatının qubernatoru Qreq Abbott keçirdiyi mətbuat konfransında məlumat verib. O, hadisə nəticəsində 26 nəfərin xəsarət aldığını bildirib.

Silahlı insidenti törətməkdə şübhəli bilinən 21 yaşlı Patrik Krisius yaxalanıb. Federal təhlükəsizlik qüvvələri onun şəxsiyyətini təsdiqləyiblər.

ABŞ Prezidenti Donald Tramp “Twitter”dəki səhifəsində hadisəni kəskin şəkildə pisləyib və həlak olanların ailələrinə başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu