Malaziyanın baş naziri gənclərə səsləndi: Türkiyəyə gedin! 


Malaziyanın baş naziri Mahathir Məhəmməd  ölkəsinin böyüməsinə yardımçı olmaq üçün gənclərə Türkiyədə işləyib, təcrübə qazanmağı tövsiyə edib.

Sherg.az xarici media istinadən xəbər verir ki, Malaziyanın müstəqillik günü ilə bağlı Milli Gün bayramında Baş nazir Mahathir, şəhər meydanında universitet tələbələrinə səslənib.
Mahathir, Qərbin mənimsədiyi yeni həyat tərzinin və dəyərlərin cəmiyyətləri korladığını dilə gətirərək, "İçimizdə bu həyat tərzini izləyənlər var. Əgər Qərbin dəyərlərini təqlid etsək yenidən müstəmləkə halına gələrik. Şərqin sahib olduğu dəyərlərlə qürur duyun" deyib.
Keçən ay Türkiyə ziyarəti zamanı türklərin çalışqanlığını təqdirlə müşahidə etdiyini ifadə edən Mahathir, Türkiyədəki inkişafın Malaziyadakından daha yaxşı olduğunu bildirib və bunu təmin edənin türk insanı olduğunu vurğulayıb.
Mahathir, Türkiyənin sərgilədiyi inkişafın Malaziya üçün yaxşı bir nümunə olduğunun vurğulayaraq, "Gənc nəsil Türkiyəyə getməli, türkcəni öyrənib 10 il orada çalışdıqdan sonra bura dönməlidir. Bunun nəticəsində Malaziyada inkişafın yaşanacağını düşünürəm" deyə sözlərinə əlavə edib.
Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu