"Milan" Afrika kubokunun ən yaxşı futbolçusunu transfer etdi



"Milan" heyətini gücləndirməkdə davam edir.

Goal.az xəbər verir ki, "rossoneri"lər "Empoli"nin əlcəzairli yarımmüdafiəçisi İsmael Bennaseri transfer edib. 21 yaşlı yarımmüdafiəçinin müqaviləsi haqda məlumat verilməsə də, "Milan"ın onun üçün "Empoli"yə 18 milyon avro ödəyəcəyi deyilir. 

Qeyd edək ki, ötən mövsüm "Empoli" ilə 38 oyunda iştirak edən İsmael, son Afrika Millətlər Kubokunun qalibi olmağı ilə yanaşı turnirin ən yaxşı futbolçusu da seçilmişdi.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu