“...Müharibəyə hazırıq !” – SƏRT İSMARIC


“Erməni hökumətinin torpaqlarımızın işğalından əl çəkməsindən başqa çıxış yolu yoxdur”. 
Bunu “Sherg.az”a açıqlamasında siyasi şərhçi Anar İmanov deyib.  Analitik bildirib ki, ermənilərin təcavüz siyasətindən əl çəkməsi gələcəkdə normal dövlət qurmaları üçün yeganə çıxış yoludu: 
“Düşmən zənn edir ki, illər keçdikcə Qarabağ problemi unudulacaq. Ona görə də bu məsələnin üzərinə gəlmək istəmir və özünü uçuruma yuvarlayır.


Fakt odur ki, Azərbaycan torpaqları işğaldan azad edilməyincə Ermənistanın heç bir normal gələcəyindən söhbət gedə bilməz. Bunu İrəvan gec-tez dərk etməli və bu reallıqla barışmalıdır.

Bir deyim var – “ən pis sülh ən yaxşı müharibədən yaxşıdır”. Biz müharibə istəmirik. Amma torpaqların qaytarılması üçün müharibəyə də hazırıq. Başqa bir deyimdəki kimi – “sülh istəyirsənsə, müharibəyə hazırlaşmalısan”.
Politoloqun fikrincə, Ermənistanın nə dünən, nə bu gün, nə də sabah normal yaşamaq şansı var: 

“Ermənistan bütün qonşuları ilə dostluğu pozur, onlara düşmən gözü ilə baxır. Belə bir dövlətin sosial şəraiti və xalqın rifahı böyük sual altına düşür. Əgər sən 21-ci əsrdə normal qonşu ola bilmirsənsə, o zaman dövlətin gec-tez yox olacaq və dünya xəritəsindən silinəcək. Əminəm ki, eyni aqibət Ermənistanı da gözləyir”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu