"Paşinyanın məsuliyyətsiz sözləri həmsədrlər tərəfindən təcili qınanmalıdır" - Siyasi elmlər doktoru



“Paşinyanın Qarabağı “Ermənistan ərazisi” hesab etməsi siyasi sərsəmlikdir”. Bunu “Sherg.az”a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu deyib
Deputat bildirib ki, erməni baş nazirin çıxışı hər gün bir az daha çox azalan reytiqinin yüksəlməsi üçün daxili auditoriyaya hesablanmış populist müraciətdir: 


“Məsələ ondadır ki, dediyi sözlərə onun özü belə inanmır. Aprel döyüşlərindən sonra nəinki Qarabağda, hətta Ermənistanda da təhlükəsiz yaşamağın mümkün olmadığını bütün ermənilər dərk edir. Çünki Ermənistan süni dövlət kimi məhz Azərbaycanın tarixi torpaqlarında yaradılıb. O torpaqların isə hər qarışının sahibi var və gec-tez öz torpaqlarımıza qayıdacağıq. Ancaq hazırki vəziyyətdə bir ölkənin rəsmi baş nazirinin başqa dövlətin torpaqlarını “özününki” hesab etməsi və oraya səfərə gəlməsi beynəlxalq hüququn pozulmasıdır. Eyni zamanda Ermənistanın işğalçı dövlət olmasının sübutudur”. 
Parlament üzvünün sözlərinə görə, Paşinyanın məsuliyyətsiz sözləri və davranışları ATƏT-in Minsk Qrupu və onun həmsədrləri tərəfindən təcili olaraq qınanmalıdır: 
“Çəkindirici tədbirlərə əl atılmalıdır. Əks təqdirdə bü cür davranışlar müharibə səbəbidir. Azərbaycanın bunu etməyə həm iqtisadi, həm də hərbi-siyasi qüdrəti var. Ermənilərin heç gözləmədikləri bir vaxtda ildırım sürətli bir həmlə paşinyanların siyasi təlxəkliyinə birdəfəlik son qoya bilər. Ona görə də yaxşı olar ki, həm ATƏT-in Minsk Qrupunun həmsədrləri, həm də Ermənistanda rasional düşünməyi bacaran daxili siyasi aktorlar vəziyyəti düzgün qiymətləndirib problemin həlli ilə bağlı konkret addımlar atsınlar”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu