Anası oynamaq üçün uşaqların yanına buraxdı, düşüb öldü


Qaziantəpdə anası 1 yaşlı oğlu Əli Tilkicieri oynamaq üçün park halında olan avtomobilin yük daşıyan yerinə qoyur. Lakin bir az keçmir uşaq ordan yıxılır.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında Şirinevler məhəlləsində yaşanıb. Zeynəb Tilkicieri, körpəsi Əlini evlərinin qarşısında yük avtomobilinin arxasında   oyun oynayan uşaqların yanına buraxır.
Bir müddət sonra Əli maşından yıxılaraq yaralanır. Təcili yardımla xüsusi xəstəxanaya aparılan Əli Tilkicieri həkimlərin bütün səylərinə baxmayaraq həyata qaytarıla bilmir.


Zeynəb- Saleh Tilkicieri cütlüyünün tək uşaqları olan Əlinin cəsədi Ədli Tibb Təşkilatında yarıldıqdan sonra ailəsinə təslim edilir.
Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu