“Ermənistan tərəfi canidir, amma onlara cinayət işi açılmayıb” - Deputat

Ermənistanın baş naziri Nikol Paşinyan dünən Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanılan Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində “ümumerməni oyunları”nın açılışında çıxış edib. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Paşinyanın səsləndirdiyi fikirlərlə bağlı bəyanat yayıb.

Bəyənatda bildirilir ki, Paşinyanın reallıqdan tamamən uzaq olan populist bəyanatlar səsləndirməsi onun bölgədə və ümumiyyətlə, dünyada baş verənlərdən xəbərsiz və nə dərəcədə aciz birisi olduğunu nümayiş etdirir.
Paşinyanın Xankəndində çıxış edərək “Qarabağ  Ermənistandır” kimi sərsəm fikirlər səsləndirməsi Azərbaycan ictimaiyyətini sözün həqiq mənasında qıcıqlandırır. Düşmən tərəf əvəllər də bu kimi davranış sərgiləyərək gərginliyin daha da artmasına şərait yaradır.
Baş verənləri “Sherg.az”a dəyərləndirən millət vəkili Fəzail İbrahimli bildirdi ki, 1991-ci ildən başlayaraq Qarabağ işğal olunub və torpaqlarımız ermənilərin əlindədir. 
Deputat qeyd edib ki, qızıl yataqlarımız istifadə olunur, Şuşa turist səfərləri üçün nəzərdə tutulur:
“Yəni, Ermənistan tərəfi torpaqlarımızı özlərinki kimi istismar edir. Paşinyan bir söz deyir və bu bizi göynədir. Bizim göynəltimiz kimin nə deməyi deyil. Torpaq işğal altındadır, yağının əlindədir. 
Guya Paşinyanın fikir söyləməsi torpaqlarımızın işğaldan azad olunmasına mane olacaq? Torpaqlarımız onun ayağınının altındadır və istədiyini deyir. Burada iki məqam var, bunları görmək lazımdır. Birinci məqam odur ki, Paşinyan niyə də hansısa fikirləri deməsin? 
Torpaqlar işğal olunub, bütün dünyanın gözü qabağında bu cinayətləri törədiblər, amma dünya onlara işğalçı kimi baxmır. İnsanın cinayət əməllərinə cinayət kimi baxılmırsa, o niyə özünü cinayətkar hesab etməlidir ki? Bir nəfər adam öldürüb və hüquq mühafizə orqanları onu həbs etmir. 
Öldürülən tərəf isə özünü nə qədər məhv etsə də, heç bir cinayət işi qaldırılmayıb deyə kimisə cani adlandırmaq olmur ? Ermənistan tərəfi canidir, amma onlara cinayət məcəlləsində iş açılmayıb. Biz bunu düşünməliyik. 
Ona görə də Paşinyan gəlib torpaqlarımızda rəqs edə bilir, özü üçün yeyib-içir və sərsəm bəyənatlar səsləndirir. Bu məsələnin ən qəbuledilməz tərəfi isə odur ki, bütün bunlar dünya dövlətlərinin gözü qarşısında baş verir. Dünyaya demokratiya dərsi keçən böyük dövlətlərin gözü kor və qulağı kardır. 
İkinci məqam isə odur ki, Dağlıq Qarabağdan olan Qarabağ klanı hakimiyyətdən qovulub.
 Erməni xalqı bu caniləri hakimiyyətdən uzaq ediblər və onların yerinə hakimiyyətdən başı çıxmayan Paşinyanı qoyublar. 
Paşinyanın böyükləri ona deyir ki, “siz “Qarabağ klanı”nı qovduz və onlar sizdən üz döndərə bilər. Bunun üçün siz hansısa addımlar atmalısız. 
Amma Paşinyanın hakimiyyəti müvəqqətidir, heç vaxt əbədi ola bilməz. O sadəcə olaraq “Qarabağ klanı”nı hakimiyyətdən uzaqlaşdıra bilib”. 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu