Milyonları güldürdü: Yerimək istəmədi


ABŞ-da hərəkət etmək istəməyən bir it kürəyi üstə səkiyə yatıb. Sahibinin itin başında çarəsizcə gözlədiyi anlar ictimai mediada 3 milyon 400 min adam tərəfindən izlənilib.

Sherg.az xarici media istinadən xəbər verir ki, hadisə, ABŞ-ın Nyu - York şəhərində yaşanıb. Getmək istəməyən bir it, kürəyi üstə səkiyə yataraq, ayaqlarını da havaya açdı.





Steph Haberman adında ictimai media istifadəçisinin yaydığı  görüntülərdə itin yerə yatdığı görünür. Boyunduruğunu tutan sahibi isə gülərək "Haydı, dur" deyib yerdə yatan heyvanın aktivləşəcəyini gözləyir. İctimai mediada tamaşaçı sayı 3 milyon 500 mini keçən görüntüyə xeyli sayda şərh də gəlib. İstifadəçilərdən bəziləri "İtin nə hiss etdiyini anlaya bilirəm", bəziləri isə "İndi sahibi onu daşımalı olacaq" deyə şərhlər yazıblar.


Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu