“Qarabağ” Çempionlar Liqasının ƏN YAXŞILARI sırasında


Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyun günündən sonra yarışın statistik göstəriciləri açıqlanıb.APA -nın məlumatına görə, ən yaxşılar arasında Azərbaycan çempionu “Qarabağ” da təmsil olunub.APOEL-lə Kiprdəki səfər matçında 2:1 hesabı ilə qalib gələn Ağdam klubu vurduğu qolların sayını 8-ə çatdırıb. Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının cari mövsümündə ən çox qola sevinən 5 komandadan biridir. Çempionumuz Şotlandiya “Seltik”i (12), Macarıstan “Ferensvaroş”u (10), Sloveniya “Maribor”u və Norveç “Rusenborq”undan (hər ikisi 9) geri qalır.Ağdam klubunun ikinci qolunun məhsuldar ötürməsini verən Abdullah Zubir isə assist sayını 3-ə çatdırıb. Mövsümdə 3-cü dəfə qol ötürməsi verən legioner bu göstəricidə Çempionlar Liqasının ən yaxşılarına çatıb.A.Zubir Rok Kronaveter (“Maribor”), İqor Staseviç (BATE) və Aleksandr Zubkovla (“Ferensvaroş”) birlikdə 1-ci yerə şərikdir. Dörd futbolçunun hər birinin hesabında 3 qol ötürməsi var.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu