“Paşinyan bu çıxışı ilə işğalı rəsmən bəyan etdi” 


Məhəmməd Əsədullazadə:“Baş nazir bu bəyanatla Ermənistanın anneksiya siyasətini ortaya qoymuş oldu” 


“Nikol Paşinyanın Qarabağda kütlə qarşısında çıxışı separtçılara güc nümayişidir və onlara qarşı qondarma seçki öncəsi mesajıdır”. 
Bunu “Sherg.az”a açıqlamasında Cənubi Qafqaz Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib. 
Analitik bildirib ki, Paşinyanın əsas planı Robert Koçaryan və Serj Sarkisyana bağlı olan Bako Saakyan rejimini dəyişmək və öz adamlarını burada rəhbərliyə gətirməkdir:


“Artıq, yerli ermənilər Paşinyan tərəfdarıdır və separtçılara qarşı etiraz etməklə bunu əyani göstərirlər. Paşinyanın Qarabağı Ermənistana birləşdirmək barədə bəyanatı isə işğalı rəsmən bəyan etməsidir. Baş nazir bu bəyanatla Ermənistanın anneksiya siyasətini ortaya qoymuş oldu. Həmçinin, separtçıların yuxusuna haram qatdı.
Çünki onlar burada "müstəqil" olaraq “Qarabağ klanı”nın yenidən hakimiyyətə gəlməsinə çalışırlar. Bir növ Xankəndi erməni avantürizminin mərkəzinə çevrilib. Paşinyan Xankəndində cəmləşən “Qarabağ klanı”na qarşı savaş açmaqla istənilən ssenari əsasında onları devirəcək. Məhz Qarabağ danışıqlarına zidd olaraq verilən bəyanat birbaşa müharibə anonsudur”.
Siyasi şərhçinin sözlərinə görə, müharibə “Qarabağ klanı”nın tənəzzülü olacaq:
“Paşinyan Qarbağda Samvel Babayan və Jirar Safilyan vasitəsi ilə “Qarabağ klanı”nı zəiflətməyə çalışacaq və növbəti qondarma seçkidə öz dominantlğını təmin edəcək. İrəvan hökuməti ilə “Qarabağ klanı” arasındakı bu savaşdan yararlanmalı, cəbhə boyu aktivliyi artırmalıyıq. İşğalçıya davamlı zərbələr endirilməlidir”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu