“Toyuqları analiz etdirdik,25 faizə qədər naməlum maye aşkar olundu” – Zəhər saçır – Video

Ötənlərdə sosial şəbəkələrdə broyler toyuqlarının hazırlanmasını əks etdirən video yayılıb. Həmin görüntülərdə iyrənc mənzərə qeydə alınıb.

Belə ki, toyuqlara mənşəyi məlum olmayan maye vurularaq şişirdilir. Hər kəsə bəllidir ki, süni şəkildə şişirdilən broylerlər sağlamlığımız üçün olduqca təhlükəlidir. Dəfərlərə həkimlər həyəcan təbili çalsa da, bu cür qidaları qəbul edirik.


Hadisə ilə bağlı “Sherg.az”a danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bütün dünyada broyler toyuqları ilə bağlı problem var:
“Hər zaman istehlakçıları özləri özlərini aldadır. Elə bilirik ki, bizim qayğımıza qalanlar var. Saytınız vasitəsilə sual edirəm: “Sizin uzunömürlü və sağlam olmağınız kimə lazımdır?”  Təbii ki, özünüzə və ailənizə. Dövlətlərə, krallarla, baş nazirlərə lazım olan tək şey puldur. Onlar yalançı şüarlarla insan sağlamlıqları barədə qayğılar göstərirlər.
Bu, kapitalizmin mahiyyətindən irəli gəlir. Heç bir kral ya da baş nazir istəmir ki, əhalisinin 80 faizi pensiyaçı olsun və dövlət büdcəsindən pul alsın. Biznes olan yerdə, kapitalizm cəmiyyətində yalançı insan sağlamlığı və real pul qazanmaq məsələsi öndə gəlir. Mövcud problemlər kapitalizmin mahiyyətindən doğur. “Macdonalds” və “KFC”-nin insanlara gətirdiyi zərər heç də broyler toyuqlarının zərərindən az deyil. 
3 il öncə Ukraynadan gələn toyuqları analiz etdirdik. Məlum oldu ki, həmin toyuqların tərkibində 25 faizə qədər naməlum maye var. Düşünürəm ki, Azərbaycanda fəaliyyət göstərən broyler fabrikləri nisbətən təmizdir. Xaricdən gələn toyuqlar daha təhlükəlidir. Bu problem bütün dünyada, o cümlədən Azərbaycanda da var. Gərək istehlakçılar diqqətli olsunlar, broyler toyuqlarından çox yeməsinlər”.


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu