“Ermənistan işğalçılıq siyasətini davam etdirməklə yanaşı, bunu leqallaşdırır” - AKTUAL ŞƏRH


Arzu Nağıyev: “Paşinyanın Xankəndində etdiyi çıxışlardan sonra onların sülh danışıqları masasına necə əyləşəcəkləri və məsələnin hansı istiqamətdə həll olunacağı qaranlıq görünür” 

Ermənistanın baş naziri Nikol Paşinyan dünən Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanılan Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində “ümumerməni oyunları”nın açılışında çıxış edib. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Paşinyanın səsləndirdiyi fikirlərlə bağlı bəyanat yayıb.
Bəyənatda bildirilir ki, Paşinyanın reallıqdan tamamən uzaq olan populist bəyanatlar səsləndirməsi onun bölgədə və ümumiyyətlə, dünyada baş verənlərdən xəbərsiz və nə dərəcədə aciz birisi olduğunu nümayiş etdirir.
Paşinyanın Xankəndində çıxış edərək “Qarabağ  Ermənistandır” kimi sərsəm fikirlər səsləndirməsi Azərbaycan ictimaiyyətini sözün həqiq mənasında qıcıqlandırır. Düşmən tərəf əvəllər də bu kimi davranış sərgiləyərək gərginliyin daha da artmasına şərait yaradır.
Paşinyanın Xankəndində keçirilən mitinqdəki nitqini “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Arzu Nağıyev bildirib ki, son proseslər Ermənistan hakimiyyətinin danışıqlar masasında oturmaq istəmədiyini göstərir:
Politoloq qeyd edib ki, Ermənistan rəhbərliyinin Azərbaycanın işğal olunmuş torpaqları olan Dağlıq Qarabağa səfərinə, separatçılarla danışıqları və eyni zamanda Xankəndində keçirilən mitinqdəki çıxışına bir neçə aspektdən yanaşmaq lazımdır:
“Paşinyan öz nitqi ilə ilk növbədə separatçı rejimlə Ermənistan hakimiyyəti arasında dərin uçurumun olmadığını, son dövrlər yaranan qarşıdurmanın sanki müsbət tərəfə yönəldiyini göstərməyə çalışır.
Bununla yanaşı Paşinyan Dağlıq Qarabağ separatçıları, erməni diasporu və hakimiyyətin eyni nöqtəyə vurmağa çalışdığını nümayiş etdirmək istəyir.
Ermənistan rəhbərliyinin mitinqdəki çıxışının digər məqsədlərindən biri 2020-ci ildə düşmən ölkədə keçiriləcək seçkilərdə separatçı qurumun rəhbəri Bako Saakyanın komandasını lokallaşdırmaq istəyidir. 
Paşinyan çıxışı zamanı bir dəfə də “artsax” sözü işlətməyib. Paşinyan hər zaman olduğu kimi bu dəfəki çıxşında da legitim hakimiyyət məsələsini ortaya qoydu. Bu bir daha göstərir ki, Ermənistanda hakimiyyət tam legitim deyil və Paşinyanın sözündən də məlum oldu ki, onun istədiyi şəxslərin hakimiyyətə gəlməsi istiqamətində hələ bir sıra işlər görülməlidir”.
 A.Nağıyev bildirib ki, Paşinyanın Xankəndində etdiyi çıxışlardan sonra onların sülh danışıqları masasına necə əyləşəcəkləri və məsələnin hansı istiqamətdə həll olunacağı qaranlıq görünür: 
“Çünki Ermənistan işğalçılıq siyasətini davam etməklə yanaşı bunu leqallaşdırır. Proseslər Ermənistan hakimiyyətinin danışıqlar masasında oturmaq istəmədiyini göstərir. Separatçı rejimin rəhbəri Bako Saakyan da çıxşında qeyd etdi ki, belə getsə bir müddətdən sonra qondarma “Dağlıq Qarabağ Respublikası” dövlət kimi tanınacaq.
Deməli onların əsas məqsədi status-kvonu saxlamaq və qondarma qurumu gələcəkdə dövlət kimi tanıtmaqdır. Hesab edirəm ki, ATƏT-in Minsk qrupu həmsədrləri, eyni zamanda BMT məsələ ilə bağlı öz sözünü deməli, bəyanatla çıxış etməlidirlər”.


Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu