Psixoloqdan TƏKLİF: “Erkən nikahlar qadağan edilməlidir, çünki... ”

Azad İsazadə: “...Bədən fizioloji olaraq çox tez böyüyür, amma beyin psixoloji olaraq uşaq beyni kimi qalır

 Daha bir 17 yaşlı qız intihar edib. Hadisə Cəlilabad rayonunun Əliqasımlı kəndində qeydə alınıb. Aysun Maqsud qızı Hacıyevanınerkən nikaha məcbur edilməsi səbəbindən canına qıydığı iddia olunur.
Cəlilabad rayonu İcra Hakimiyyətinin Əliqasımlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Şirinalı Kazımovintihar faktını təsdiqləsə də, səbəb barədə iddianı təkzib edib.
İntihar edən Aysunun babası İlyas Hacıyev nəvəsinin özünəqəsdi ilə bağlıürək yanğısı ilə danışıb. O, nəvəsinin erkən nikaha məcbur edilməsi faktını isə qətiyyətlə inkar edib:
“Ümumiyyətlə, Aysuna elçi gəlməsi, onun kiməsə ərə verilməsi söhbəti belə olmayıb. Mənim 70-ə yaxın yaşım var, özüm ziyalı ailədənəm. Mənim atam “Lenin” ordeninə layiq görülmüş adamdır. Mən 1 Aysunumu 10 oğula dəyişməzdim. O, elə bir tərbiyənin, əxlaqın sahibi idi ki. İnana bilmirik bu intihara”.
Babanın sözlərinə görə, Aysun “Space” telekanalında xəbərlər buraxılışını izlədikdən sonra bu addımı atıb:
“Bacısı bizdə idi. Aysun bacısına deyib ki, telekanal sabah toyu olacaq 17 yaşlı qızın özünü asdığı barədə xəbər verib. Elə bundan sonra da gedib özünü asıb. Belə xəbərlər yayıldıqca, gənclərimizin beyini pozulur”.


Hadisə ilə bağlı fikrilərini “Sherg.az”la bölüşən psixoloq Azad İsazadə bildirib ki, erkən nikahlar birmənalı olaraq qadağan edilməlidir:
“Gənclər bir-birini sevsələr belə, bu yaşda evliliyə icazə verilməməlidir. Çünki bədən fizioloji olaraq çox tez böyüyür, amma beyin psixoloji olaraq uşaq beyni kimi qalır. Erkən nikah bağlayan şəxs psixoloji olaraq hələ də uşaqdır, amma fizioloji olaraq dünyaya övlad gətirə bilər.
Sözsüz ki, yeniyetmə yaşlarda, xüsusilə də qız uşağı ata-atanın sözünə qulaq asır.
Çünki bu, cəmiyyətimizdə belədir. Əlbəttə, həmin qızı məcbur və döyə-döyə ərə verməyiblər. Amma validyenlərin istəyi, “Ayıbdı atanın sözünü yerə salma” kimi fikirlər də psixoloji təzyiqdir. Ona görə də dövlət orqanları erkən nikahlara ciddi nəzarət etməlidir. Hətta nikah yaşını bir az da artırmaq lazımdır”. 
Psixoloq qeyd edib ki, mediada oxuduğumuz istənilən xəbərlər istər-istəməz beynimizə təsir edir:
“17 yaşlı qız bir müddət öncə öz həmyaşıdının intihar etdiyini görürsə, başqa gənclərdə də belə fikir yarana bilər. Amma o demək deyil ki, bütün bunlar KİV-lərin günahıdır.
Məsələn, Səddam Hüseyni asanda onun qətlini faktiki olaraq canlı yayımda verirdilər və müsəlman ölkələrində özünü asma bir silsisə halını almışdı. Həmçinin həmin zamanlarda ölkəmizdə də 7-8 nəfər özünü asmışdı.
Deməli, görüb-oxuduqlarımız şüuraltımıza təsir edir. Psixoloji gərginlikdə olan isə nə edəcəyini düşünür və çıxış yolunu intiharda görür. O demək deyil ki, KİV-lər intihar xəbərlərini yaymaqda günahkardırlar. Amma KİV-lər də başa düşməlidir ki, intihar hadisələrini yaymaq olar, amma bunun hansı formada təqdim edilməsi vacibdir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu