Təhlükəsizlik Şurasının iclası: Qırğızıstandakı vəziyyət müzakirə edilib



Bu gün Qırğızıstan prezidenti Sooronbay Jeenbekovun rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda çıxış edən Sooronbay Jeenbekov sabiq prezident Almazbek Atambayevin hüquq-mühafizə orqanlarına silahlı müqavimət göstərərək ölkə Konstitusiyasını və qanunlarını kobud surətdə pozduğunu bildirib. Dövlət başçısı deyib ki, Qırğızıstan hüquqi və sivil dövlətdir, ölkənin bütün vətəndaşları qanun qarşısında eyni dərəcədə cavab verməlidir. Prezidentin sözlərinə görə, ölkədə qanunçuluğun, sülhün və təhlükəsizliyin qorunması üçün təxirəsalınmaz tədbirlər həyata keçiriləcək.

İclasda Qırğızıstan Dövlət Təhlükəsizliyi Komitəsinin sədri Orazbek Opumbaev, daxili işlər naziri Kaşkar Junuşaliev və Baş prokuror Otkurbek Jamşidov yaranmış vəziyyət haqqında məlumat veriblər.

Qırğızıstan Səhiyyə Nazirliyinin son məlumatına görə, hökumət qüvvələri ilə sabiq Prezident Almazbek Atambayevin tərəfdaşları arasında olan qarşıdurmada yaralananların sayı 52 nəfərə çatıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu