"Prezidentin Atambayevi həbs etmək üçün vaxtı azdır” - Politoloq

"Sabiq dövlət başçısının itirəcəyi heç  nə qalmayıb, həbsdən yaxa qurtarmaq üçün ölkəsini vətəndaş müharibəsinə də sürükləməyə hazırdır"


“Qırğızıstan prezidenti Sooronbay Jeenbekovun sabiq dövlət başçısı Almazbek Atambayevi həbs etmək üçün vaxtı azdır”. 


Bunu “Sherg.az”a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. 

Analitik bildirib ki, prezidentin birinci cəhdi alınmadı, ikinci cəhdə qədər Atambayev daxildə və xaricdə özünə dəstək qrupu formalaşdırmağa çalışacaq: 

“Atambayevin itirəcəyi heç nə qalmayıb, həbsdən yaxa qurtarmaq üçün ölkəsini vətəndaş müharibəsinə də sürükləməyə hazırdır. Baş verənlərə Kremlin mövqeyi maraqlıdır. Qırğızıstanın həm hazırki, həm də keçmiş prezidenti Moskvadan dəstək almağa çalışırdılar. Ancaq Atambayevin həbsinə qərar verilibsə, böyük ehtimalla Qırğızıstanın hazırki prezidenti rusiyalı həmkarı Vladimir Putinin razılığını alıb. O da bəllidir ki, Kreml qarşılıqlı fayda əldə etmədən heç kimlə sövdələşməyə getmir. Sooronbay Jeenbekovun eks-prezident Almazbek Atambayevin həbsi qarşılığında Putinin hansı tələbini və ya şərtini yerinə yetirəcək, bunu gələcək aylarda görəcəyik”.

E.Şahinoğlu bildirib ki, Atambayevin neytrallaşdırması Türkiyənin də maraqlarına cavab verir: 

“Atambayev prezidentliyi dövründə ölkəsini terrorçu FETÖ təşkilatının əsas qalalarından birinə çevirmişdi. Hazırki prezident Atambayevi neytrallaşdırdıqdan sonra Ankaranın istəyi ilə FETÖ-nün adamlarını da həbs etməyə başlayacaq”.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu