Akşener milliyyətçiləri hiddətləndirib

Türk milliyyətçilərinə quldur deyən o zavallı qadına cavabımız budur – Bir sümüyün arxasınca saatlarla yol gedən itlərlə işimiz olmaz

Türkiyədə İYİ Partiya sədri Meral Akşenerin ülkücüləri nəzərdə tutaraq “quldur” ifadisəni işlətməsi milliyətçi cameənin sərt reaksiyasına səbəb olub. Belə ki, M.Akşener Bursada partiyasının bələdiyyə üzvünün hücuma məruz qalmasını tənqid edərək MHP rəhbərliyini və tərəfdarlarını hədəf alıb. Siyasətçilərə təzyiq göstərilməsini qınayan Akşener “bir nəfərin üzərinə hücum çəkən həmin beş adamın millətçi yox, quldur olduğunu” deyib: “Siyasətçi əvəzinə təxribatçı yetişdirənlər də milliyətçi ola bilməz”. 

“O zavallı qadına cavabımız...”

Akşenerin ittihamına MHP təmsilçilərinin cavabları gecikməyib. İlk cavabı partiyanın sədr müavini Semih Yalçın verib: “Türk milliyyətçilərinə quldur deyən o zavallı qadına cavabımız budur – Bir sümüyün arxasınca saatlarla yol gedən itlərlə işimiz olmaz. Millətçilər kimsəsiz deyil. Bir idik, min olduq, milyon olduq. Hər gün daha da böyüyürük”. 

“Ülkücülərə quldur deyənlər şərəfsiz, namussuz...”

MHP rəsmisi İsmet Büyükataman isə İyi Partiya rəhbərini sərt tənqid edib: “Xanım əfəndi CHP və HDP ilə birləşib Ülkü Ocaqlarına saldırmaqdansa, bütün günü əxlaqsız hərəkətlər edən partiya üzvlərini susdursun.

Ülkü Ocaqları müqəddəs məkandır. Bu ocaqda yetişdiyini iddia edib “quldur” deyənlərə səs çıxarmayanlar da o sözü söyləyənlər qədər alçaq insanlardır”. MHP sədrinin köməkçisi Feti Yıldız isə daha ağır ifadələr işlədib: “Ülkücülərə quldur deyənlər şərəfsiz, namussuz məxluqlardır. Bu iftiranın cavabını mütləq verəcəklər. Bizim həyatımız vətən xainləri ilə mücadilədən keçib”. 

“Çirkin siyasətinə ocağımızı alət etməsin”

Ülkücülərin Akşenerə cavabı isə daha sərt olub. Ülkü Ocaqlarının rəhbəri Sinan Ateş “əgər Akşener quldur görmək istəyirsə, ətrafına baxsın” deyib: “O qadın öz çirkin siyasətinə ocağımızı alət etməsin.

Akşener nə dediyini bilmir, başqanımız Dövlət Baxçalının İyi Partiya üzvlərinə “geri qayıdın” çağırışı Akşenerin psixologiyasını alt-üst edib. O, hazırda şok vəziyyətindədir.

Özlərini demokratik adlandırırlar, “siyasətçilərə təzyiq göstərilməsin” deyirlər. Ancaq bir müddət əvvəl gənclik qolları sədrlərinin toplantı zamanı burnunu qıraraq, partiyadan qovdular.

Əsl quldurluq odur. Ülkü Ocağının rəhbərliyi iki-üç əcnəbi dil bilən professorlardan, elm adamlarından təşkil olunub. Biz onun səviyyəsinə enə bilmərik”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu