"Ankara-Moskva tandemi münaqişənin nizamlanmasında mühüm rol oynaya bilər”


“Vaşinqton “Türkiyənin YPG/PKK terror təşkilatına qarşı Suriyanın şimalında planlaşdırdığı əməliyyata mane ola bilmir”. 

Bunu “Sherg.az”a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Analitik bildirib ki, ABŞ-dan verilən narahatlıq bəyanatlarına rəğmən Ağ Ev Ankara ilə razılaşmaq məcburiyyətində qalıb: 

“Türkiyənin şərti odur ki, Amerika YPG terror təşkilatını bu ərazilərdən çıxarmalı, yaxud hərbi əməliyyatlara mane olmamalıdır. YPG Türkiyəyə qarşı formalaşmış bir terror təşkilatıdır. Hədəfi şimali Suriyada kürd muxtariyyətini rəsmiləşdirməkdir. 



Həmçinin, burada möhkəmlənən PKK vasitəsi ilə Türkiyəyə qarşı terror hücumları həyata keçirməkdir. “Fərat qalxanı” və “Zeytun budağı”ndan fərqli olaraq Fəratın şərqindəki əməliyyat terrorçu qüvvələrə güclü zərbə vuracaq. Bununla da Türkiyə sərhədlərinin təhlükəsizliyi təmin olunacaq”. 

Ekspertin sözlərinə görə, Ankaranın planlarını qəbul etməyən Vaşinqton müttəfiqi Türkiyə əleyhinə terror təşkilatı ilə əməkdaşlıq etməkdə qərarlıdır: 

“Lakin Türkiyə də qətiyyətli şəkildə sərhədlərindəki terrorçu təşkilatları uzaqlaşdırmaq qərarı alıb. Regionda mühüm gücə çevrilən Türkiyə Rusiya ilə birgə hərəkət edərək Suriyada sülhə və öz maraqları çərçivəsində təhlükəsizliyə nail olur. Ankara-Moskva tandemi Cənubi Qafqazda Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında da mühüm rol oynaya bilər”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu