“Bu yarışlarda düşmən də iştirak edir və peşəkarlığımızı görür”


“Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsində iştirak edən Azərbaycan komandası yarışlara inamla qoşulub.

Müdafiə Nazirliyinin məlumatına görə, dünən keçirilən mərhələdə artilleriyaçılarımızın birinci heyəti öz bacarığını nümayiş etdirib. Gecə və gündüz atışlarında iştirak edən birinci heyətimiz hakimlərin qərarına əsasən, 12 komanda arasında 3-cü yerə layiq görülüb.

Ehtiyatda olan polkovnik Şair Ramaldanov “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycan dünyanın ən güclü 50 ordusu sırasındadır:

“Ölkəmizdə yüksək peşəkarlıq göstərə bilən mütəxəssislər var. Azərbaycan son 5 ildə dəvət olunduqları bütün yarışlarda iştirak edir və yarışlarda da ölkəmiz həmişə birincilər sırasındadır. Keçən il Azərbaycanın xüsusi təyinatçıları Türkiyədə birincilik qazanmışdılar. 

Ondan qabaq da topçularımız mütəmadi olaraq Qazaxstanda qalib gəliblər. Rusiyada gedən tank yarışlarında Azərbaycan 12 ölkə arasında 5-ci yeri qazanıb. Bütün bunlar olduqca qürurvericidir. Bu yarışlarda düşmən tərəf də iştirak edir və peşəkarlığımızı görürlər. 

Bu, çox vacib və psixoloji bir amildir. Keçirilən bütün yarışlarda yenilikləri öyrənirik, böyük dövlətlərin də təcrübələrindən yararlanırıq. Rusiya, Çin kimi ordusu olan dövlətlərin iştirak etdiyi yarışlara qatılmaq bizim üçün vacibdir. Azərbaycan onlarla birlikdə yarışlara qatılaraq öz sözünü deyib yerini tuta bilir”.

Ş.Ramaldanov qeyd edib ki, Azərbaycanın hərbi mütəxəssisləri yüksək səviyyədə inkişaf edir:

“Tankçılar, topçular, xüsusi təyinatçılar ayrı-ayrı yerlərdə yarışlarda iştirak edirlər. Mütəmadi olaraq ölkəmiz belə yarışlara hazırlaşır. Əlbəttə, Azərbaycan öz sözünü deyə biləcək bir dövlətdir. Bu gün Paşinyanın Ermənistanda yersiz bəyənatlarına cavab olaraq Azərbaycan bir daha göstərir ki, torpaqlarımızı azad etmək üçün ordumuz yüksək peşəkarlığa malikdir”. 

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu