Deputat:“Ermənistan dövlət deyil, sadəcə, hərbi bazadır...” – Hansı ölkənin ? 


Ermənistanın baş naziri Nikol Paşinyanın sonuncu sərsəm bəyənatı sözün həqiqi mənasında cəmiyyətimizdə qıcıq doğurub. Düşmən tərəfin cəbhə bölgəsində təxribatlar törətməsi, provakativ fikirlər səsləndirməsi müharibənin başlamalı olduğunu bir daha gündəmə gətirir.

Xüsusilə, sonuncu dəfə N.Paşinyanın Xankəndində söylədiyi “Qarabağ Ermənistandır” fikri olduqca qıcıqlandırıcı idi. Məhz ona görə də bəziləri bunu zəmin heasab edib, müharibənin başlanılmalı olduğunu iddia etdi, bəziləri isə məlum çıxışı təxribat adlandırıb, səbirli , dözümlü yanaşmalı olduğumuzu bildirdi. Maraqlıdır görəsən erməni baş nazirin bu çıxşı nəyə hesablanıb və Azərbaycan tərəfi hansı addımı atmalı idi ? 

Mövcud durumu “Sherg.az”a dəyərləndirən millət vəkili Asim Mollazadə bildirdi ki, düşmən tərəf yenə də təxribata əl ata bilər. 

Deputatın sözlərinə görə, Paşinyanın sərsəm bəyənatlarının səbəbi onun qorxusudur:

“Paşinyan öz gələcəyi və vəziyyətin sabit olması ilə bağlı çox ciddi şübhələr içindədir. Onun qorxusu ilk növbədə radikal hərbi cinayətkarlar qrupudur. Çünki bu qruplar onu sərsəm çıxışlar etməyə vadar edir. Paşinyan bu oyunları daxili siyasəti bir balaca sakitləşməyə yönəlib, lakin Ermənsitan bir dövlət kimi mövcud deyil.

Ermənistan sadəcə, hərbi bazadır və bu bazada da hərbi cinayətkarlar istənilən siyasi prosesin qarşısnı ala, bunun üçün müvafiq təxribata da əl ata bilərlər. Paşinyanın sərsəm fikirlərinə və Ermənistanın siyasi proseslərdə iştirakına önəm verməməliyik.

Əslində, Ermənistan hərbi baza rolunu oynayan bir ərazidir. Erməni xalqı siyasi gələcəklərinə təsir göstərmək imkanlarından məhrum edilib. Düşünürəm ki, ilk növbədə belə bəyənatlara beynəlxalq təşkilatlar öz fikirlərini söyləməlidirlər. Bu təşkilatlar tələb etməlidirlər ki, Azərbaycanın işğal olunmuş əraziləri azad edilsin və beynəlxalq hüquq normaları, hüququn aliliyi bərqərar olsun”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu