“Paşinyan problemləri daha da dərinləşdirir”

Ermənistanın baş naziri Nikol Paşinyanın işğal altındakı Xankəndində verdiyi son təxribatçı bəyanat, “miatsum” sərsəmləməsi Ermənistanın özündə də məmnunluqla qarşılanmayıb. Siyasi ekspertlər baş nazirin məsuliyyətsiz açıqlamalarını qınayıblar. Məsələn, politoloq Qrant Məlik Şahnəzəryan deyib ki, Paşinyanın Qarabağdakı bəyanatları İrəvana qarşı istifadə ediləək:

“Mən Azərbaycanın bu açıqlamadan erməni tərəfini danışıqlar prosesini bitirməkdə ittiham etmək üçün istifadə edəcəyinə şübhə etmirəm. Azərbaycan hər şeyi edəcək ki, bu bəyanatlardan beynəlxalq meydanlarda, o cümlədən Minsk Qrupunda yararlansın. Məni mümkün təzyiqlər yox, daha çox edilən məsuliyyətsiz bəyanatlar narahat edir. Nikol Paşinyanın hazırkı bəyanatları onun keçən il Qarabağın danışıqlar prosesində müstəqil iştirak etməsi kimi açıqlamalarını sual altında qoyur. Bu gün o, ictimaiyyətə heç bir izahat vermədən tamam əks mövqedə dayanır”. 

Paşinyana qarşı formalaşan müxalif cəbhə ilə bağlı “Sherg.az”a danışan siyasi şərhçi Anar İmanov deyib ki, Şahnəzəryan Ermənistandakı abu-havanı tam çılpaqlığı ilə izah edib. 

Ekspertin sözlərinə görə, Paşinyan siyasətçi deyil, sadəcə populist avantürist olması heç kimə sirr deyil: 

“Hakimiyyətə gəlməzdən öncə Nikol Paşinyan bir çox vədlər verib, amma heç birini yerinə yetirməyib. Ermənistan əhalisinin gözü açılıb, insanlar görür ki, heç bir dəyişiklik yoxdur və olmayacaq. Xalqın vəziyyəti daha da acınacaqlı olacaq. Çünki hakimiyyətə Ermənistanın ən zəif rəhbəri, populist, avantürist, nağılbaz, özünü siyasətçi sayan, amma Ermənistanı sürətlə uçuruma aparan birisi gəlib.

Paşinyanın sərsəm siyasəti, anlamsız hərəkətləri və məsuliyyətsiz sözləri Ermənistanı yox olmaq dərəcəsinə gətirib çıxarıb. Bu reallığı artıq biz yox, özləri də etiraf edirlər. Ermənistanda “hərbi güc” sözünə artıq gülürlər. Adi bir faktı nəzərinizə çatdırım. 

Ermənistanda hərbi xidmətdən yayınmaq üçün rüşvət halları kəskin artıb. 

Bu məlumatı avqustun 9-da ölkənin Milli Təhlükəsizlik Xidməti yayıb. Qeyd olunub ki, orduya çağırış üzrə tibbi komissiyanın üzvlərinin və hərbi komissarlıqların çağırış yaşına çatmış şəxslərdən yüksək məbləğdə rüşvət alaraq sağlamlıq vərəqələrini saxtalaşdırdıqları müəyyən edilib.

Onlar bu yolla həmin şəxslərin hərbi xidmətə çağırış müddətini təxirə salıblar.

Yəni artıq dövlət strukturları səviyyəsində təsdiqlənir ki, Ermənistan uçurumun astanasındadır. Ölkədən kütləvi şəkildə əhalinin axını gerçəkləşir. Çünki hər sahədə min bir problem mövcuddur. Paşinyan bu problemləri həll etməkdənsə, daha da dərinləşdirir”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu