"MİQ- 29 dənizdən sabah çıxarılacaq" - AÇIQLAMA

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən verilən xəbərə görə, gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi dünən axşam saatlarında müəyyən edilib.

Aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də, axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb.
Türkiyə Müdafiə Nazirliyi iyulun 24-də Xəzər dənizinə düşən Azərbaycan hərbitəyyarəsinin qalıqlarının fotolarını yayıb. Məlumatda qalıqların Türkiyə Dəniz Qüvvələri Komandanlığının Sualtı Axtarış və Xilasetmə Birliyi tərəfindən tapıldığı göstərilib.



Pilotun qayınatası, politoloq Qabil Hüseynli “Sherg.az”a açıqlamasında bildirdi ki,  dəniz dalğalı olduğu üçün təyyarənin yeri tam müəyyənləşdirə bilmirlər:
“Rusiyalı mütəxəssislər ölkəmizə gəlmədi və onlar axtarışda iştirak etmədilər. Çünki təyyarənın qalıqları tapılanda ruslar Dağıstanda idilər. Onlara geri qayıtmalarını dedilər. Yerin müəyyənləşməsində türk mütəxəssislərinin rolu olub. Bizim mütəxəssislərlə birgə işin nəticəsidir. 
Təyyarənin tam çıxarılması sabahdan gec olmamalıdır. Hava o qədər də pis deyil. Günortaya qədər dəniz dalğalı deyildi. Günortadan sonra hazırlaşırdılar kı, qaldırıcı kranla sudan çıxarsınlar. Kran gələndən sonra isə dalğa başladı”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu