Bakıda səsyazma studiyasında müştəri ər və arvadı döyülüb

 

Xətai rayonunda döyülmə hadisəsi baş verib.

APA xəbər verir ki, Xətai rayonunda yerləşən səsyazma studiyalarının birində müştəri, 1986-ci il təvəllüdlü Vasif Xıdırov və onun həyat yoldaşı 1988-ci il təvəllüdlü Şəbnəm Xıdırova döyülüb. 

Zərərçəkmiş şəxslərin Xətai Rayon Polis İdarəsinin əməkdaşlarına verdiyi izahata görə, onları studiyanın rəhbəri Kamran adlı şəxs döyüb.

Xətai RPİ tərəfindən cinayət məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu