Donald Tramp tətilə gedib


ABŞ prezidenti Donald Tramp bu gündən - avqustun 9-dan tətilə gedib.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkə mediası xəbər yayıb.

Bildirilib ki, D.Tramp tətilini Nyu-Cersi ştatındakı "Bedminster" qolf klubunda keçirməyi planlaşdırır.

On gün davam edəcək tətil müddətində ABŞ liderinin həmçinin bir sıra rəsmi tədbirlərdə iştirakı və səfərləri nəzərdə tutulub.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu