“2019 yaddaşımızda əhalinin sosial müdafiəsinin gücləndirilməsi ili kimi qalacaq”


“Prezident İlham Əliyevin daxili siyasətinin kökündə Azərbaycan vətəndaşı, onun sosial rifahı dayanır”. 


Bu bardə “Sherg.az”a millət vəkili Musa Quliyev bildirib. Parlamentarinin sözlərinə görə, cənab Prezident 2019-cu ili sosial müdafiə və sosial rifah ili kimi elan edib: 
“Artıq bu il sosial sahədə çox ciddi islahatlara başlanıb və ciddi şəkildə əmək haqları, pensiyalar, sosial müavinətlər artırılıb. Həmçinin vətəndaşlarımızın problemli kreditləri həll olunub. Bütün bunlar onu göstərir ki, ölkə başçısı daim öz vətəndaşının yanındadır.
Elə sosial müavinətlər var ki, onların bəziləri 50-100 faiz, bəziləri isə 2 dəfə artırılıb. O cümlədən yeni doğulmuş uşaqlara görə verilən müavinətlərin də məbləği təxminən 2 dəfəyə qədər artıb. Məbləğ 109 manatdan 200 manata çatdırılıb. Bundan başqa, aztəminatlı ailələrə, 18 yaşına qədər uşaqlara yeni müavinət növu təyin olunub. Uşağa baxan valideynlər üçün də müavinətlər hazırlanıb. Eyni zamanda müharibə veteranları üçün yeni növ müavinətlər təyin olunub. Bütün bunlar uşaqlara, aztəminatlı ailələrə, əlillərə və qocalara xüsusi qayğı və diqqətin göstəricisidir”.
Millət vəkili onu da əlavə edib ki, büdcəyə daxil olan gəlirlərimiz nəzərdə tutulandan artıb: 
“Bu artımlar gələn aylarda da davam edəcək. Azərbaycan büdcəsi gücləndikcə vətəndaşlarımızın sosial rifahı yüksələcək. Prezident bildirib ki, bizim sosial sahədə apardığımız islahatlar bütün il boyu davam edəcək və bundan sonra da əmək haqlarının, pensiyaların, müavinətlərin artmasının şahidi olacağıq. Ümumiyyətlə, bu il bütövlükdə əhalinin problemlərinin həlli, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində islahatlar ili kimi yaddaşımızda qalacaq”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu