“Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində böyük işlər görülür”

“Azərbaycanda qayğıya ehtiyacı olan vətəndaşlarımız dövlətin diqqət mərkəzindədir”.

Bunu “Sherg.az”a "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib. 

Baş yazar söyləyib ki, ölkə başçısı əhalinin sosail rifahının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində böyük işlər görür:

"Yardıma ehtiyacı olan insanlar hər zaman ölkə başçısı tərəfindən həm maddi, həm mənəvi dəstək görüblər. Şəhid ailələrinin, məcburi köçkünlərin mənzil şəraiti ilə bağlı dövlətin həyata keçirdiyi kompleks proqramlar var. Onların həm mənzil-məişət şəraitinin yaxşılaşdırılması, həm digər xərcləri dövlət tərəfindən güzəştli şəkildə həyata keçirilir”.
Son dövrlər cənab Prezidentin ardıcıl olaraq həyata keçirdiyi sosial siyasətin əsasını aztəminatlı ailələrin məişət şəraitinin yaxşılaşdırılması təşkil edir. Prezidentin apardığı sosial siyasətin məqsədində vətəndaşa xidmət amili dayanır. Bu siyasət təkcə bu gün deyil, 15 ilddən artıqdır ki, davam edir. Aparılan təhlillər və müqayisələr göstərir ki, ölkə başçısı bu siyasəti hər zaman davam etdirəcək.
Sözsüz ki, torpaqlarımız da geri alınacaq. Çünki ölkə başçısının apardığı ordu quruculuğu siyasəti və diplomatik danışıqlar prosesi göstərir ki, Azərbaycan istəyinə nail olacaq. Torpaqlarımızı alandan sonra da, yenə də vətəndaş amili dövlətin sosial siyasətinin əsasını təşkil edəcək”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu