Donuzu öldürüb 5 kilometr sürüdülər: Cəza kəsdilər


Türkiyənin Dənizli şəhərinin  Çameli qəsəbəsində tüfənglə vurularaq öldürülən çöl donuzunu traktora bağlayıb təxminən 5 kilometr sürüyərək, dərəyə atıblar. Hadisə ilə əlaqəsi olan 1-i qadın olmaqla  4 nəfər saxlanıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, mənzərəni görən digər sürücülər hadisəni cib telefonu ilə qeydə alıblar. İctimai mediada paylaşılan görüntülər böyük reaksiyalara səbəb olub. Çameli Jandarma Komandirliyi hadisə ilə əlaqədar dərhal istintaqa başlayıb.
Jandarma traktor sürücüsü C. Ü. ilə birlikdə yük maşınında olann  K. Ü., R. Ü. və Ç.E.ı nəzarət altına alıb. İfadələri alınan 4 şübhəli, haqqlarında protokol tərtib edilərək pul cəzası kəsilmək üçün Dənizli Təbiəti Qoruma və Milli Parklar Şöbə Müdirliyinə göndərilib. Traktorun arxası ilə süründürülən ölü donuzun, şübhəlilər tərəfindən dərəyə atıldığı öyrənilib.
Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu