Qurban bayramı Gürcüstanda geniş qeyd olunur



Müqəddəs Qurban bayramı Gürcüstanda da geniş qeyd edilir.
AZƏRTAC xəbər verir ki, avqustun 11-də səhər saatlarında Tbilisidəki Cümə məscidində bayram namazı qılınıb.
Gürcüstan Müsəlmanları İdarəsinin müftisi hacı Yasin Əliyev bütün müsəlmanları müqəddəs Qurban bayramı münasibətilə təbrik edib və bu bayramın məziyyətlərindən danışıb.
O, bildirib ki, Qurban bayramı bu il bir qədər fərqli keçirilir. Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları bölgələrdə kasıb və imkansız ailələrin siyahısı hazırlanıb. Kəsilən qurbanlıq heyvanlardan həmin insanlara pay göndəriləcək.
Yasin Əliyev qurban kəsən insanları da kasıblara yardım göstərməyə dəvət edib.
O, həmçinin deyib ki, Türkiyədən Gürcüstan müsəlmanlarına 215 baş iri və xırda buynuzlu heyvan hədiyyə olunub. Türkiyə Diyanət İşləri Bakanlığı və “Qızılay” təşkilatı tərəfindən göndərilən heyvanların 135 başı müsəlmanlarım yığcam yaşadıqları Şərqi Gürcüstan, qalanları isə Acarıstan Muxtar Respublikası ərazisində kəsiləcək.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu