"Polis olmasaydı şəhərdə kriminal ünsürlər sakinlərin həyatını zəhərə çevirərdilər" - Ekspert


 Son zamanlar sosial şəbəkələrdə, bəzi saytlarda radikal müxalifətin, ayrı-ayrı şəxslərin Azərbaycan polisi haqqında həqiqəti əks etdirməyən, qərəzli, subyektiv mülahizələri yer almaqdadır. Amma gün kimi aydındır ki, polis orqanları öz xidməti borcunu yerinə yetirir, ictimai asayişi, vətəndaşların təhlükəsizliyini qoruyur, insnaların qanuna uyğun davranışını təmin edir

Ekspert Anar İmanov "Sherg.az"a  açıqlamasında bildirib ki, Azərbaycan polisi cəmiyyətimizin dayağıdır:



"Bir anlıq düşünün – polis olmasaydı, nə olardı? Şəhərdə kriminal ünsürlər sakinlərin həyatını zəhərə çevirərdilər. Bu, tək bizim dövlətdə deyil, bütün dövlətlərdə vəziyyət eynidir. Ona görə də bütün dövlətlərdəki kimi, Azərbaycanda da insanlar polislərimizə hörmət edirlər, onlara inanırlar və onların fəaliyyəti nəticəsində təhlükəsiz ölkədə yaşayırlar.
Azərbaycanda polis sadəcə asayiş keşikçisi deyil, o həm də öz nümunəvi fəaliyyəti ilə əhali üçün örnək olan bir şəxsdir. Yanğından insanlarımızı xilas edən də polisimizdir. Dənizdə batanı da xilas edəndə onlardır. Yəni o tək qanunun aliliyini bərpa etmir, o həm də insanların həyatlarını qurtarmaq üçün çalışır.
Şəhərdə gəzərkən, ətrafa nəzər yetirin. Gözəl paytaxtımızda inanılmaz turistik bumu yaşanır. Sağınızda-solunuzda uzaq ölkələrdən bizə təşrif buyuran insanlar var. Onlar həm də Bakının ən təhlükəsiz yer olduğuna görə bizə qonaq gəlirlər. Və bu təhlükəsizliyin keşiyində duran bizim polislərimizdir".

A. İmanov statistik göstəricilərə də göz gəzdirməyi vacib sayır:

"Nəzər salsaq, görərik ki, 2019-cu ilin ilk yarım ilində respublikada əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına (135) görə cari ildə də MDB və Şərqi Avropa məkanında ən təhlükəsiz və sabit ölkə mövqeyi qorunaraq kriminogen durum nəzarətdə saxlanılıb. Cinayətlərin strukturunda qəsdən sağlamlığa ağır zərər vurma 7 fakt (-4,1%), oğurluqlar 61 (-1,7%), o cümlədən mənzillərdən oğurluqlar 61 (-4,6%), dələduzluqlar 351 (-24,2%), quldurluq 14 (-22,6%), hədə-qorxu ilə tələb etmə 9 (-19,1%), xuliqanlıq 115 fakt (-25,1%) azalıb. Cinayətlərin sayının azalması məhz polislərimizin öz işlərini ən yüksək səviyyədə yerinə yetirdiklərinə görədir".

Turan 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu