6 nəfər birdən intihara cəhd etdi

Onlar çalışdıqları işin pullarını ala bilmirlər

 Türkiyənin Ərzurum şəhərində 750 nəfərlik yataqxana tikən bir qrup işçi maaşları əskik verildiyinə görə intihara çəhd edib. Sherg.az türk mediasına istinadən xəbər verir ki, intihar etmək istəyən işçilərin yoldaşlarını  polis çətinliklə nəzarət altına alıb.750 nəfərlik tələbə yataqxanasının inşaasında çalışan 67 fəhlə Qurban Bayramı üçün məmləkətlərinə getməmişdən öncə şirkətdən  alacaqları maaşlarının hesablarına köçürülməsini istəyib. Lakin inşaat şirkəti onların yalnız 15 günlük maaşlarını hesaba yatırdıb. Bunu görən işçilər binanın damına çıxaraq intihara cəhd edib. Ata yurdlarına bayramlığa gedə bilmədikləri üçün əsəbi olan işçilər pullarının hamısı hesaba köçənə qədər damdan enməyəcəklərini söyləyib.




Hadisə zamanı inşaa olunan binanın altında sinir böhranı keçirən işçiləri polis çətinliklə sakitləşdirib. Fəhləlik edən Nurəddin Günəş, "Ramazan Bayramından bəridir pul ala bilmirik. Burada insanlar minimum məvaciblə işləyirlər. 67 nəfər pulunu ala  bilmir. Kimsə uşağına pul göndərə bilmir. Səhər mən firmanı aradım, "pulumuzu yatırdın" dedim. "Günortaya qədər yatırdacağıq" dedilər. Yatırtdıqları pulla bizim alacaqlarımız arasında dağlar qədər fərq var. Ona görə 6 nəfər dama çıxıb, intihar etmək istəyir. 2 nəfər də dama çıxmaq istəyirdi, mane oldular " deyə əsəblərini cilovlaya bilmir.
Son bilgiyə görə, polisin uzun sürən cəhdindən sonra işçilər intihardan vaz keçiblər. Onlara maaşlarını tam alacaqlarını bildiriblər.
Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu