Moldovada qasırğa və dolu kənd təsərrüfatına ciddi ziyan vurub



Moldovada qasırğa və dolu ölkənin müxtəlif bölgələrində 100 hektara yaxın bağ və kənd təsərrüfatı sahəsini məhv edib.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, Moldova Daxili İşlər Nazirliyi yanında Fövqəladə Hallar üzrə İnspektorluğun yaydığı məlumatda dolu və leysan yağışının 35 hektar bağ və 58 hektar qarğıdalı sahəsini yararsız hala saldığı bildirilir.

Bundan başqa, qasırğa bir çox şəhərlərin dövlət binalarının dam örtüyünü uçurub. Hazırda xüsusi komissiya dəyən ziyanın miqdarını müəyyənləşdirir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu