İraqın şimalında əməliyyat zamanı ABŞ hərbçisi ölüb



İraqın şimalında hərbi əməliyyat zamanı ABŞ hərbçisi həlak olub.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə koalisiyanın İŞİD-ə qarşı mübarizə qərargahı məlumat yayıb.

“Naynava əyalətində İraqın təhlükəsizlik qüvvələri ilə hərbi əməliyyat zamanı onları müşayiət edən bir ABŞ hərbi qulluqçusu ölüb”, - məlumatda belə deyilir.

Onun ölüm şəraiti və aparılan hərbi əməliyyat barədə məlumat verilməyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu