Oğuzda iki avtomobil toqquşub, 7 nəfər yaralanıb 


Oğuz rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında İsmayıllı-Qaraməryəm-Şəki magistral yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, iki minik avtomobilinin toqquşması nəticəsində 7 nəfər yaralanıb. Xəsarət alanlar Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu