Zəngimizi gözləməyin - Donald Trampa İrandan mesaj gəldi


"Vaşinqton əbəs yerə İran hökumətindən zəng gözləyir".

Sputnik Azərbaycan RİA-Novosti-yə istinadən bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Abbas Musəvi deyib.

Bir müddət öncə ABŞ-ın Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus bəyan etmişdi ki, əgər İran liderləri ABŞ-la danışıqlar aparmaq istəyirlərsə, Donald Tramp onların zəngini gözləyir.

"Onlar İrandan bunu çoxdan gözləyirlər, amma gözləntiləri əbəsdir", - Musəvinin bu sözlərini İranın dövlət telekanalı özünün Telegram kanalında dərc edib.

Musəvinin sözlərinə görə, beynəlxalq hüquq və normalara riayət olunmadığı və ABŞ-ın İrana qarşı "iqtisadi terrorizm"lə təzyiq etdiyi bir vaxtda ölkəsi danışıqlar aparmağa təşəbbüs göstərməyəcək.

İranla ABŞ arasında münasibətlər ABŞ nüvə proqramı üzrə razılaşmadan çıxdıqdan sonra daha da pisləşib. Buna cavab olaraq İran müqavilə üzrə öhdəliklərini azaltmağa başlayıb. ABŞ İranın hökumətinə və şirkətlərinə qarşı yenidən sanksiyalar tətbiq edib. Son aylarda Fars körfəzində də vəziyyət gərginləşib, bir neçə ticarət gəmisi ilə bağlı insident yaşanıb.



Paylaş

Bizi Facebookda izləyin
menu
menu