"F-35"lər əlindən çıxan Türkiyə qərarını verdi 


"S-400" və "F-35" ilə bağlı ixtilaflar ABŞ-Türkiyə münasibətlərində böyük bir fasilə yaradıb


Türkiyə hakimiyyəti "Rosoboronexport"un təklif etdiyi Rusiya "Su-35" qırıcı təyyarələrinin alınması ehtimalını nəzərdən keçirir.

Sputnik Azərbaycan bildirir ki, məlumatı "Yeni Şafak" qəzeti yayıb. Səlahiyyətlilər Müdafiə Sənayesi Nazirliyindən, Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığından və digər aidiyyəti qurumlardan bu fikirlə bağlı dəyərləndirmələrini istəyiblər.

Qəzet "Su-35" təyyarələrinin alınması planının müsbət rəy alacağı təqdirdə, Rusiya ilə rəsmi danışıqların başlanacağını bildirir. Türkiyə rəsmiləri hələ hesabatı şərh etməyiblər.

ABŞ-ın "F-35"lərin satışına qadağa qoyması səbəbilə Türkiyənin başqa seçim axtaracağını nəzərə alan Rusiyanın "Rosoboronexport" şirkəti "Su-35" qırıcılarını Ankaraya təklif edib.

Ankaranın Rusiyanın "S-400" hava hücumundan müdafiə sistemləri ilə müqavilələri ləğv etmək tələbini yerinə yetirməməsindən sonra Vaşinqton "F-35" təyyarələrinin tədarükünü və türk pilotları üçün təlim proqramlarını dayandırıb. ABŞ bu sistemlərin "F-35"in zəif tərəflərini aça biləcəyini iddia edərək, "S-400"ün əvəzində Ankaraya "Patriot" raket sistemlərini satmağı təklif edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə ABŞ-ın tələblərinə cavab verməkdən imtina edərək, Rusiyanın ölkəsinin milli təhlükəsizlik ehtiyacları üçün daha yaxşı bir təklif etdiyini, "S-400"ləri alacaqlarını söyləyib. O, "S-400"lərlə bağlı narahatlıqlarını həll etmək üçün Vaşinqtonla işçi qrupu yaratmağı təklif etsə də, ABŞ buna göz yumub.

"S-400" və "F-35" ilə bağlı ixtilaflar ABŞ-Türkiyə münasibətlərində böyük bir fasilə yaradıb, Vaşinqton Ankaranı sanksiyalar və NATO-dan kənarlaşdırmaqla hədələyib.




Paylaş

Bizi Facebookda izləyin
menu
menu