Beyl yenidən “Real”ın heyətində yer alıb



“Real” “Roma”ya qarşı keçiriləcək yoxlama oyunu üçün heyəti açıqlayıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, 20 nəfərlik siyahıda Qaret Beyl də yer alıb. Uelsli futbolçunun adı bundan əvvəl “Zalsburq”la yoxlama görüşü, həmçinin Audi kubokunun sifariş ərizəsinə salınmamışdı. Bu isə onun tezliklə Madrid klubunu tərk edəcəyi haqda ehtimalları daha da gücləndirmişdi.
Qeyd edək ki, “Real”la “Roma” arasındakı bu gün Romanın Olimpiya Stadionunda keçiriləcək yoxlama görüşü Bakı vaxtı ilə saat 22.00-da başlanacaq.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu