7 uşaq 70 nəvə sahibi: 104 yaşlı Mustafa baba gənclərə meydan oxuyur


Türkiyənin Sakarya şəhərinin Akyazı qəsəbəsində yaşayan 104 yaşlı Mustafa Boğaz çalışqanlığıyla gənclərə meydan oxuyur. 7 uşaq 70 nəvə sahibi olan Mustafa baba odun yarır, ot daşıyır, tarla işləri ilə bərabər hər işini özü görür.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Mustafa baba jurnalistlərə verdiyi açıqlamada gümrah  qalmasının sirrini arı kimi çalışmağında, qatıq və bal yeməklərində görür.



Təbii və sağlam qidanın əhəmiyyətinə toxunan Boğaz, hər gün bir qaşıq balla süd içdiyini, kərəyağı və süd məhsullarından bol istifadə etdiyini dilə gətirib.

Gənclik illərində bağçılıq və tarla işlərində çalışdığını ifadə edən Boğaz, "Tarlamızı, bağımızı  biçərdik və hər gün işləyərdik. Qidama diqqət yetirirəm, hər gün bal yeyirəm. Kərəyağı, süd məhsulları ilə qidalanıram. Sağlam olmağımın ən əhəmiyyətli faktorları təbii ki, bunlardır" deyir.

Səhər oyanan kimi tarlaya gedərək çalışdığını, odun kəsdiyini, ot yığdığını bildirən Boğaz, "Allaha şükkür 104 yaşıma gəldim, namazımı qılıram, orucumu tuturam. Hətta mənə "oruc filan tutma, dözə bilməzsən" dedilər, amma mən orucumu da tuturam, namazımı da qılıram" deyə sözlərinə əlavə edib.

Mustafa babanın gəlini Fatma Boğaz da qayınatasının 104 yaşında olmasına baxmayaraq öz ehtiyaclarını özü gördüyünü söyləyir:

 "Səhərlər naharda süd, qatıq, bal yeyir, özünə də yaxşı baxır. Bizimlə birlikdə oyanır. Səhər qalxar-qalxmaz məscidə gedər, daha sonra tarlaları gəzər və görüləcək işlər varsa onu görər. Bəzən bizim görəcəyimiz işləri belə özü edir".

Turan

Paylaş

Bizi Facebookda izləyin
menu
menu