Salahı görmək üçün burnunu sındırdı - FOTO


"Liverpul"un 11 yaşlı fanatı Luis Fauler 10 yaşlı qardaşı İsaakla birlikdə yay tətilini klubun təlim-məşq bazasının yaxınlığında "gözətçilik" etməklə keçirib.

Qafqazinfo xəbər verir ki, azyaşlı fanatın məqsədi isə azarkeşlik etdiyi Məhəmməd Salahı görmək olub. Hücumçu öz avtomobilində çıxarkən Luis ona yaxınlaşmaq üçün işıq dirəyinə çırpılıb və burnunu sındıraraq huşunu itirib.

Avtomobilin güzgüsündən bunu görən Salah geri qayıdaraq balaca fanatının səhhəti ilə maraqlanıb.

O hətta Luisin evinə gedərək onunla və qardaşı ilə şəkil də çəkdirib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu