ABŞ-da supermarketi atəşə tutmaq istəyən şəxs saxlanılıb



ABŞ hüquq-mühafizə orqanları Floridada “Walmart” supermarketlər şəbəkəsinə daxil olan mağazanı atəşə tutmaqla hədələyən 26 yaşlı Riçard Kleyton saxlanılıb.
APA-nın ABC telekanalına istinadən verdiyi məlumata görə, avqustun 6-da "Facebook" sosial şəbəkəsindəki səhifəsində tezliklə "AR-15" tüfəngini alacağını yazan R. Kleyton insanları növbəti həftə "Walmart" mağazasına getməməyə çağırıb.
Telekanalın məlumatında bildirilir ki, R. Kleyton ağ irqin üstünlüyünü dəstəkləyən ideologiyanın tərəfdarıdır, bundan əvvəl də  "Facebook"da saxta profillərdə insanları hədələyib.
 Qeyd edək ki, avqustun 3-də səhər 21 yaşlı Texas ştat sakini  Meksika ilə sərhəd yaxınlığında yerləşən El-Paso şəhərində “Walmart” supermarketində insanları atəşə tutub. Nəticədə 22 nəfər ölüb, 20 nəfər yaralanıb. Ölənlər arasında Meksika vətəndaşları da var. Atəş açan şəxs saxlanılıb.
Bir gün sonra Deytonun Oreqon rayonunda da silahlı insident yaşanıb, 10 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu