“Dövlət hər zaman öz vətəndaşının yanındadır” 


“Dövlət hər bir vətəndaşının probleminə həssas şəkildə yanaşır və onu həll edir”.


Bunu “Sherg.az”a millət vəkili Tahir Mirkişili söyləyib.

Parlament üzvü qeyd edib ki, xüsusilə bu ilin əvvəlindən başlayaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə sosial sferada həyata keçirilən islahatlar, imzalanan fərman və sərəncamlar bunu bir daha təsdiq edir:



“ Ölkəmizin başçısı bölgələrə səfərləri zamanı kənd və qəsəbələrdə sakinlərlə görüşür, onların problem və qayğılarını öz dillərindən eşidir və ən yüksək səviyyədə həllinə çalışır. Keçirilən müşavirələrdə ölkə başçısının çıxışı bir daha onu sübut edir ki, dövlət hər zaman öz vətəndaşının yanındadır. Cəmiyyətdə statusundan asılı olmayaraq hər bir vətəndaşımız dövlətin diqqət və qayğısını öz həyatında hiss edir. Təbii ki, bu qayğı günbəgün artır. Bu və digər mühüm məqamlar həyata keçirilən uğurlu sosial siyasətin nəticəsidir.  2019-cu ilin sürətli iqtisadi inkişaf ili olacağı əvvəlcədən gözlənilirdi. Bu artımı şərtləndirən əsas amillər Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan iqtisadi islahatlar, ölkədə islahatlar üçün əlverişli mühitin olması, uzun illər ərzində həyata keçirilən iri layihələrin, inşa edilən müəssisələrin fəaliyyətə başlamasıdır”

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu